Ərindən ayrılan qadın sirkə içib öldü - Şamaxıda


17:18     04 May 2017 qadin%20alveri.jpg

Şamaxı rayonunda intihar hadisəsi baş verib.


Femida.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Şəhriyar qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Qəniyeva Aynurə Əzizağa qızı yaşadığı evin mətbəxində sirkə turşusu içərək özünü zəhərləyib.

Valideynləri onu huşsuz, yerə yıxılmış vəziyyətdə görüb, təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparıblar. Vəziyyəti ağır olduğu üçün ilkin tibbi yardımdan sonra A. Qəniyeva Bakıdakı Respublika Toksikologiya Mərkəzinə aparılıb.
Mərkəzdə onu xilas etmək mümkün olmayıb. Bu yaxınlarda həyat yoldaşından boşandığı bildirilən qadının intiharının səbəbi məlum deyil.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 2103