Koreyada meşə yanğınları tüğyan edir


23:45     06 May 2017 14940797533453064372_1000x669.jpg

Koreya Respublikasının Qanqneunq şəhərinin yüzlərlə sakini meşə yanğınlarına görə təxliyə edilib.




Yonhap agentliyinin yaydığı məlumata görə, günortadan sonra yaxınlıqdakı meşədə meydana gələn yanğının güclü küləyin təsiri ilə yaşayış sahələrinə yaxınlaşmasını nəzərə alan şəhər rəhbərliyi sakinlərin təxliyəsinə qərar verib. Bu saatadək yanğın 14 evə ziyan vurub. Lakin insan tələfatı qeydə alınmayıb.

Şəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hazırda 600-dən çox yanğınsöndürən, 6 helikopter yanğının söndürülməsi ilə məşğuldur. Qanqneunq ilə yanaşı, Koreya Respublikasının bir neçə yerində də meşə yanğınları qeydə alınıb. Paytaxt Seuldan 290 kilometr məsafədə yerləşən Samçeok şəhəri yaxınlındakı meşədə baş verən yanğının söndürülməsinə 820 nəfər və 14 helikopter cəlb olunub.

Açar sözlər:

Oxunub: 983


Oxşar xəbərlər