Həkimin əl-qolunu bağlayıb evini soydular


15:58     07 May 2017 ogurluq.PNG

Biləsuvarda quldurluq hadisəsi baş verib.


Hadisə Biləsuvar rayon mərkəzində qeydə alınıb.

Biləsuvar rayon Mərkəzi Xəstəxanasının həkimi Göyçək İbrahimovanın evinə daxil olan şəxslər əvvəl onun əl-qolunu bağlayıb, daha sonra evdə olan qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, G. İbrahimova Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının Laboratoriya şöbəsində çalışır. (apa)

Femida.az

Açar sözlər:

Oxunub: 2165