Aralıq dənizində daha bir faciə - 245 nəfər itkin düşdü
20:51 09 May 2017
Birləşmiş Millətlər Təşkilatı (BMT) Aralıq dənizində miqrantları daşıyan iki qayığın çevrilməsi nəticəsində 245 nəfərin itkin düşdüyünü açıqlayıb.
Bu barədə BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı mətbuat katibi Sesil Luyi Cenevrə ofisində keçirilən mətbuat konfransında açıqlama verib. Açıqlamada ilin əvvəlindən bu yana Aralıq dənizindən Avropaya getməyə çalışan 1300-dən çox miqrantın həyatını itirdiyini bildirib.
Xatırladaq ki, Luyi ötən cümə günü İtaliyanın Siciliya adası yaxınlığında qayığın çevrilməsi nəticəsində 82 miqrantın itkin düşdüyünü, qəzada 50 nəfərin xilas edilərək Pozzallo qəsəbəsinə aparıldığını deyib.
Femida.az
Oxunub: 501