Ulu öndərin xatirəsi Polşada anılıb - FOTO


02:40     10 May 2017 onpbfl7iavin8ftak3mimhp1b5heyder.jpg

Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin ilk paytaxtı olmuş Qnejno şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd edilib.


Səfirlikdən Femida.az-a verilən məlumata görə, tədbir Qnejno şəhərinin mərkəzi parkında səfirlik tərəfindən Azərbaycan və Polşa arasında münasibətlərin qurulmasının 540 illiyi münasibətilə ucaldılmış abidənin önündə təşkil edilib. Abidənin üzərində ulu öndərin Polşa haqqında, Roma papası II İoann Pavelin isə Azərbaycan haqqında söylədiyi fikirlər həkk olunub.

Tədbirdə Qnejno şəhər administrasiyasının rəhbərliyi, yerli ictimaiyyətin nümayəndələri, Azərbaycan diasporunun üzvləri, Polşada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Əvvəlcə abidənin önünə əklil və çiçəklər qoyulub.

Tədbirdə çıxış edən səfir Həsən Həsənov ümummilli lider Heydər Əliyevin həyatı, ölkəmizin çiçəklənməsi, güclü, inkişaf etmiş dövlətə çevrilməsi istiqamətində fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib. Ulu öndərin Heydər Əliyevin Azərbaycan-Polşa münasibətlərinin inkişafına verdiyi töhfə xüsusi qeyd edilib.

Tədbirdə çıxış edən Qnejno şəhər rəhbərliyi Azərbaycan və Polşa xalqlarının həyatında mühüm rol oynamış bu iki şəxsiyyətin fikirləri həkk edilmiş abidənin məhz Qnejno şəhərində ucadılmasından və Heydər Əliyevin anadan olmasının Qnejno şəhərində qeyd edilməsindən qürur duyduqlarını söyləyib.

Daha sonra polşalı jurnalist Yatsek Pototski, Polşada fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Şurasının sədri Nail Məmmədzadə çıxış ediblər.



Femida.az

Açar sözlər:

Oxunub: 725