İslamiada: Qadın idmançılarımız qalib gəldi


23:36     10 May 2017 1483365055.jpg

Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları çərçivəsində qadın həndbolçular arasında keçirilən yarışda bu gün II turun matçları oynanılıb.


Femida.az -ın məlumatına görə, ilk görüşdə Kameruna qalib gələn Azərbaycan millisi Özbəkistan yığması ilə qarşılaşıb.

Görüş Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb. İlk hissəni 23:9 hesabı ilə aktivinə yazan Georgi Voronovun yetirmələri yekunda 26 top fərqi ilə qalib gəliblər.

Digər oyunda isə Türkiyə Kamerundan güclü olub.

Beləliklə, 2 turdan sonra yığmamız və “ay-ulduzlular” 4 xal toplayıblar. Bu komandalar sabah öz aralarında birinci pillənin sahibini müəyyənləşdirəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 1423