Ərdəbildə güclü zəlzələ olub, 11 nəfər xəsarət aldı


22:56     11 May 2017 zelzele%201.jpg

Bu gün səhər saatlarında Ərdəbil əyalətində 5 bal gücündə zəlzələ baş verib.


İran KİV-inə istinadən xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzi bildirib. Təbii fəlakət nəticəsində 11 nəfər xəsarət alıb.

Ərdəbil valiliyi böhranın idarə olunması mərkəzinin müdri Məsud İmami Yeganinin sözlərinə görə, əyalətin Parsabad (Muğan rayonu), Biləsuvar (Cənubi Azərbaycan) və Germi rayonlarında xəsarət alanlara yardım edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 580