Ağsuda qumbara tapılıb


00:44     12 May 2017 big_1418306719_qumbara.jpg

Ağsu rayonunda silah-sursat tapılıb.


Bu gün axşam saat 19:00 radələrində Ağsu-Kürdəmir yolunun kənarında, Qaraqaşlı kəndi ərazisində əl qumbaralarının olması barədə Ağsu rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları dərhal həmin əraziyə baxış keçiriblər. Ərazidən tapılan silah-sursatın sayı barədə hələlik məlumat yoxdur. Partlayıcı maddələrin Qaraqaşlı kəndi ərazisində fəaliyyət göstərən inşaat materialları mağazasının yaxınlığına kim tərəfindən atıldığı məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1348