Ərdoğandan Trampa daha bir xəbərdarlıq


21:52     12 May 2017 1459783662_erdogan-4-aprel.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ silahlarının kürdlərə verilməsini Ankara və Vaşinqton münasibətlərinə təhdid olduğunu bildirib.


Bu barədə Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir.

“Bu bizim strateji əlaqələrimizə ziyan vurur və mən bunu Donald Trampla da müzakirə edəcəm. Bir terror təşkilatını digər terror təşkilatının köməkliyi ilə məhv edilməsi ideal siyasət deyil”, - deyə Ərdoğan vurğulayıb

Qeyd edək ki, bu gün Suriya kürdlərinin YPG qruplaşması ABŞ-dan ən müasir silahlar alıb. Donald Trampın göstərişi ilə YPG-yə “Hammer” avtomobilləri, tanklar, minomyotlar, lazer nişangahlı raketlər və s. verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1920