Ələtdə döyüş sursatı aşkarlanıb


01:55     13 May 2017 big_1418306719_qumbara.jpg

Ələtdə döyüş sursatı aşkarlanıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Qaradağ rayonu, Ələt qəsəbəsində döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri lazımı tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunub. Mütəxəssislər tərəfindən döyüş tətbiqinə yararlı 5 ədəd F-1 markalı əl qumbarası və 4 ədəd əl qumbarasının (UZRQM) partladıcısı aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 721