Bakıda ŞOK - 16 dəfə bıçaqlanan qız sağ qaldı


13:46     13 May 2017 bicaq66-134.jpg

Bakıda 24 yaşlı qıza 16 bıçaq xəsarəti yetirilib.


Femida.az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, Biləcəri qəsəbəsində Saatlı rayon sakini, 1993-cü il təvəllüdlü Əliyeva Aysel Ağakərim qızı naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir. Onun bədəninə 16 bıçaq zərbəsi vurulub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 3008