Yevlaxdakı dəhşətli qəza ilə bağlı RƏSMİ AÇIQLAMA


15:37     13 May 2017 DİN-dən%204%20nəfərin%20öldüyü%20hadisə%20barədə%20AÇIQLAMA.jpg

Daxili İşlər Nazirliyi Yevlaxda 6 nəfərin ölümünə səbəb olan yol qəzası haqqında məlumat yayıb.


Femida.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, mayın 12-də saat 20 radələrində Yevlax rayonunun Tanrıqulular kəndi ərazisində Salahlı kənd sakini Ziyad Cəfərovun idarə etdiyi "VAZ-2107" və Tərtər rayon sakini Zülqədər Zülqədərlinin idarə etdiyi "VAZ-21015" markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və Z.Zülqədərlinin sərnişinləri - Mingəçevir şəhər sakinləri Pərviz Zeynalov və Zahir Allahverdiyev, habelə Z.Cəfərovun sərnişinlərindən - həmkəndlisi İlya Həşimov hadisə yerinsə ölüb, digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Yevlax rayon Polis Şöşəsində tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 790