Naxçıvanlılar sığortalandı


20:54     13 Avqust 2015 1408224402_772798.jpg

“Naxçıvan şəhərində sığortalananlar artıb”.


Femida.az-ın məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov respublikada sığorta fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə Naxçıvan şəhəri üzrə sığortahaqlarının toplanması 11 faiz artıb.

Hikmət Əsgərov deyib ki, daşınmaz əmlakın icbari sığortası, avtomobillərin icbari sığortası üzrə 2014-cü illə müqayisədə bağlanılmış müqavilələrin sayı artsa da, bəzi vətəndaşlar tərəfindən sığorta müqavilələri bağlanılmayıb. Avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, ev əmlakının sığortası, fərdi qəza sığortası üzrə də zərərçəkənlərə müxtəlif həcmdə sığorta ödənişləri verilib.

Açar sözlər:

Oxunub: 1325


Oxşar xəbərlər