İslamiada: Günü 18 medalla başa vurduq (CƏDVƏL)


02:50     16 May 2017 2f918a968198004fb7295fc944d85674.jpeg

Azərbaycan millisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının 4-cü gününü 18 medalla başa vurub.


İdmançılarımız 9 qızıl, 6 gümüş və 3 bürünc mükafat əldə edib.

Bu medallardan 10-u idman gimnastikasında qazanılıb. Cüdo, atıcılıq, üzgüçülük və atletikada də təmsilçilərimiz uğur əldə etməyi bacarıb.

Bununla da yığmamızın İslamiadadakı ümumi qazancı 68 medala çatıb. 33 qızıl, 23 gümüş və 12 bürüncü olan Azərbaycan millisi iki gün lideri olduğu komanda hesabında 2-ci pilləyə enib. Zirvəyə isə qonşu Türkiyə yüksəlib.

Ümumilikdə isə indiyədək 100 medal dəsti sahibini tapıb. 24 ölkə mükafat, 14-ü çempionluq sevinci yaşayıb.



Femida.az

Açar sözlər:

Oxunub: 1743