Nazirlik Bakının 12 rayonuna məktub göndərdi
13:22 16 May 2017
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar dövlət sanitariya xidməti tərəfindən oyunlarda iştirak edən idmançıların istifadə etdikləri ictimai iaşə və məişət obyektləri üzərində nəzarət gücləndirilib.
Femida.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı xüsusi qrup ayrılıb: "Həmin qrup idmançıların yaşayış yerində, onların qidalandığı obyektlərdə mütəmadi olaraq, su və qidalardan analizlər götürür. Nəzarət tədbirləri oyunlar başa çatana qədər davam edəcək".
Z.Kazımov qeyd edib ki, nəzarət tədbirləri idman keçirilən və idmançıların yaşadığı ərazilərdə, onlara xidmət göstərilən obyektlərdə keçirilir.
Mərkəz rəsmisi qeyd edib ki, bunlardan əlavə, RGEM tərəfindən yarışlar başlamamışdan əvvəl oyunlar keçirilən ərazilərdə, o cümlədən Bakının 12 inzibati rayonunda sanitar təmizlik məsələlərinə ciddi nəzarət edilməsi üçün sanitar xidməti orqanlarına məktublar göndərilib: "Ərazilərdəki zirzəmilərin vəziyyəti, Mənzil İstismar Sahələrinin ərazilərində aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində görülən tədbirlər, həyata keçirilən dezinfeksiya tədbirləri barədə bizə məlumatlar verilir".
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Femida.az
Oxunub: 456
Oxşar xəbərlər
- Nazirlik ölkə üzrə reydlərə başladı - Qanunsuz satış edənlər cərimələndi
- Nazirlik əhaliyə müraciət etdi
- Nazirlik cəbhə ilə bağlı məlumat yaydı
- Nazirlik reyd keçirdi - Cərimələnənlər var
- Nazirlik əməkdaşının məhkəməsi başlayıb
- Nazirlik vətəndaşlara müraciət etdi
- Nazirlik vətəndaşın iddiasını əsassız adlandırdı
- Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
- Nazirlik uşaq intiharlarının səbəblərini açıqlayıb
- Nazirlik 42800 manat cərimə yazdı