Məzuniyyətdə olan müəllimlərin nəzərinə! - Dərs yükü vakansiyaya çıxarılmayacaq


15:15     17 May 2017 MUELLIMELER.jpg

Bu ildən Azərbaycanda müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq.


Təhsil Nazirliyindən Femida.az-a verilən xəbərə görə, müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi qaydalarına əsasən, sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir. Sosial məzuniyyətdə olan müəllimlərin dərs yükü ilə bağlı müəyyən ardıcıllıq gözlənilməklə qərar qəbul edilir. Dərs yükü müəssisədə çalışan müəllimlər arasında bölüşdürülür, digər məktəblərdən əvəzçiliklə ixtisaslı müəllim dəvət edilir, mərkəzləşdirilmiş müsabiqədə iştirak edərək keçid balı toplamış namizədlə yerli təhsili idarəetmə orqanı və ərazi maliyyə hesablaşma mərkəzi ilə razılaşdırılmaqla əmək müqaviləsi bağlanılır.

Ötən ilki qaydalara əsasən, sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilirdi. Sosial məzuniyyətdə olan müəllimin dərs yükü müəssisədə çalışan müəllimlər arasında bölüşdürülməsi mümkün olmadığı halda, həmin müəssisəyə müddətli əmək müqaviləsi ilə işə götürülən işçiyə verilir və tarifləşmə cədvəlində qeyd edilirdi. Müddətli əmək müqaviləsi bağlanmış işçi ilə əmək müqaviləsi hər tədris ilinin sonunda və ya sosial məzuniyyətdə olan müəllim işə qayıtdığı gündən ləğv edilirdi.

Femida.az

Açar sözlər:

Oxunub: 796


Oxşar xəbərlər