Cəbhədə vəziyyət necədir? - Rəsmi
14:45 14 Avqust 2015
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 109 dəfə pozub.
Femida.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıloba, Yarımca, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Kəngərli, Novruzlu, Yusifcanlı, Qaraqaşlı, Mərzili, Cəvahirli, Şirvanlı, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, eləcə də Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Oxunub: 1469
Oxşar xəbərlər
- Cəbhədə son vəziyyət - Atışma səngimir
- Cəbhədə atəş səsləri - İriçaplı pulemyotlar işə düşüb
- Cəbhədə təxribat davam edir - Atəşkəs pozuldu
- Cəbhədə yenə güllə səsləri eşidildi - Nazirlik məlumat yaydı
- Cəbhədən son xəbər
- Cəbhədə gərgin gecə - Kəndlərimiz atəşə tutulub
- Cəbhədə nə baş verib?
- Cəbhədə son vəziyyət
- Cəbhədə son durum
- Cəbhədən son xəbər