“Neft Daşları” nda yeni quyu qazıldı


21:41     18 May 2017 1431495495_neft-bahalashib.jpg

“Neft Daşları” yatağındakı 602A nömrəli stasionar dəniz özülündən 2668 nömrəli quyu qazmadan sonra istismara verilib.


Femida.az -ın Azərbaycan Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 1 536-1 532 metr intervaldan gündəlik 12 ton neft və 1 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Açar sözlər:

Oxunub: 799