İslamiada: dörd idmançımız medal qazandı
22:38 18 May 2017
Azərbaycan paraatletləri Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qızıl və gümüş medallar əldə ediblər.
Femida.az-ın məlumatına görə, paralimpiyaçımız Nurlan İbrahimov T11 kateqoriyasında 100 metr məsafəyə qaçış yarışlarında hamıdan sürətli olub. İkinci yeri digər idmançımız Elçin Muradov tutub. İran təmsilçisi Araş Xosrovi isə üçüncü olub.
Eyni zamanda kişilər arasında 3 metr tramplindən suya tullanma yarışında Azərbaycan təmsilçisi Dmitri Sorokin 331,25 xalla bürünc medala layiq görülüb. İranlı Müctəba Vəlipur qızıl, indoneziyalı Rafi Aldiansiah isə gümüş medal qazanıb.
Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında boks üzrə final döyüşlərində 69 kq çəkidəki Tamerlan Abdullayev özbəkistanlı Bobo-Usmon Baturovla üz-üzə gəlib. Görüş Baturovun qələbəsi ilə yekunlaşıb. Boksuçumuz ikinci yerlə kifayətlənib.
Femida.az
Oxunub: 525
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək