MSK sədri: “ATƏT seçkilərdə iştirak etmək arzusundadır”


16:03     14 Avqust 2015 04389816-F546-4B56-AB33-D212BF06CB4C_mw1024_s_n.jpg

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bəzi mətbuat orqanlarında bu il keçiriləcək parlament seçkilərinin bəzi təşkilatların boykot edəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.


Femida.az xəbər verir ki, MSK sədri jurnalistlərə açıqlamasında bildirib ki, hər bir vətəndaşın seçkiyə istədiyi münasibәti göstәrmәk hüquq var:

"Seçki azad bir tədbirdir. Kim nə cür istəsə seçkiyə elə də münasibət bildirmək hüququ var.Seçkilәr mәhz ona görәdir ki, vətəndaşlar öz münasibətlərini bildirsin. Mәsәlәn, parlament seçkilәrindә ictimaiyyət çıxsın, öz münasibәtini bildirsin. İstәsә sәs verәr, istәmәsә yox. Onun nәticәsindә dә parlament formalaşsın. Yәni çoxluğun fikri ortada olsun. Çoxluğun fikri ilә kim razılaşmasa, bu qeyri-adi mәsәlәdir. Ümumiyyətlə seçkiləri boykot etmək demokratik dünyanın qəbul etmədiyi addımlardandır".

MSK sədri ATƏT Demokratik Təsisatlardan Qiymətləndirmə Missiyası Azərbaycanda keçiriləcək parlament seçkilərdə iştirak etmək istəyir.

"ATƏT Demokratik Təsisatlardan Qiymətləndirmə Missiyası seçkilərdə iştirak etmək arzusundadır. Mən hesab edirəm ki, Azərbaycan tərəfi də buna müsbət yanaşacaq".

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 950