Hərbçilərimiz NATO təlimlərində - FOTOLAR
22:41 20 May 2017
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Silahlı Qüvvələrinin ƏİK kəşfiyyat bölüyünün 1-ci səviyyəli NATO qiymətləndirmə təlimi keçirilib.
Femida.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlim zamanı bölüyün təchizatı, avadanlığı, rabitə vasitələri ilə təminatı, eləcə də şəxsi heyətin ingilis dilini bilmə səviyyəsi, digər zəruri əməliyyat imkanlarının NATO standartları və tələbləri ilə uyarlılığı, sülhməramlı qüvvələr tərkibində və digər əməliyyatlar zamanı taktiki tapşırıqların icrası məsələləri qiymətləndirilib.
Bölüyün qiymətləndirilməsi NATO-nun Quru Qoşunları Komandanlığının rəhbərliyi ilə Alyansın müxtəlif qərargahlarının və tərəfdaş ölkələrin ƏİK üzrə qiymətləndiricilər qrupu tərəfindən həyata keçirilib.
Femida.az
Oxunub: 2473
Oxşar xəbərlər
- Hərbçilərimiz beynəlxalq tədbirdə iştirak edir
- Hərbçilərimiz Zəhranın 40 mərasimində - FOTO
- Hərbçilərimiz Qazaxıstanda birinci yerə çıxıb - VİDEO
- Hərbçilərimiz Ermənistanı üstələyir - Nazirlik
- Hərbçilərimiz Qazaxıstana gedib
- Hərbçilərimiz Moskvaya yollandı - Yarışlara qatılacaqlar
- Hərbçilərimiz Rusiyaya gedir - Yarış keçiriləcək
- Hərbçilərimiz Əfqanıstana yola salınıb
- Hərbçilərimiz Pakistana gedir - Təlim keçmək üçün
- Hərbçilərimiz İtaliyaya gedir - Təlim keçməyə