Sabahdan bu məhsula görə gömrük rüsumu alınmayacaq
13:51 22 May 2017
Sabahdan Azərbaycana gətirilən tütün toxumları və tinglər gömrük idxal rüsumuna cəlb edilməyəcək.
Femida.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edib.
Aprelin 22-də dərc edilən bu qərar 30 gün sonra, mayın 23-də qüvvəyə minir. İndiyə qədər qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə 12-ci qrupda (Yağlı toxum və meyvələr, digər toxum, meyvələr və taxıl, dərman bitkiləri və texniki məqsədlər üçün bitkilər, saman və yem) 1209 99 990 0 alt yarımmövqeyindəki digər mallar gömrük dəyərlərinin 3 faizi həcmində gömrük idxal rüsumuna cəlb edilib. Dəyişikliyə əsasən, tütün toxumları ayrıca sətirdə göstərilməklə, gömrük idxal rüsumundan azad edilir, bu kateqoriyadan olan digər mallar isə yenə 3 faiz gömrük idxal rüsumuna cəlb olunur.
Digər dəyişiklik tinglərlə bağlıdır. İndiyə qədər “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə 6-cı qrupda olan canlı ağaclar və digər bitkilər (bitkilərin kökləri, soğanaqları və digər analoji hissələri, kəsilmiş çiçəklər və dekorativ bitkilər), o cümlədən üzüm qələmi (peyvənd edilmiş və ya kök ilə) gömrük idxal rüsumuna cəlb edilməyib. Dəyişikliyə əsasən, ting və üzüm qələmi (peyvənd edilmiş və ya kök ilə) istisna ilə, bu kateqoriyada digər ağaclar, kollar və kolluqlar (peyvənd edilmiş və ya edilməmiş, yeməli bar gətirənlər) gömrük dəyərlərinin 15 faizi həcmində gömrük idxal rüsumuna cəlb ediləcək.
Femida.az
Oxunub: 801
Oxşar xəbərlər
- Sabahdan payız tətili başlayır
- Sabahdan 4 günlük tətil başlayır
- Sabahdan havalar daha da istiləşəcək - XƏBƏRDARLIQ
- Sabahdan universitetlərə ixtisas seçimi başlayır
- Sabahdan hava pisləşir
- Sabahdan Cocuq Mərcanlıya köç başlayır
- Sabahdan bu qanuna edilən dəyişikliklər qüvvəyə minir
- Sabahdan müəllimlərin işə qəbulu başlayır
- Sabahdan çimərlik mövsümü başlayır
- Sabahdan 1-ci sinfə şagird qəbulu başlanır - Yeni qayda əsasında