Atasını öldürüb basdırdı - Qohumları polisə xəbər verdi


15:39     22 May 2017 salyan%20meyit8.jpg

Biləsuvarda atasını öldürən oğul həbs edilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, mayın 18-də Biləsuvar rayonunun Zəhmətabad kənd sakini İradə Rəsulovanın mayın 14-də atası Təzəbəy Rəsulovun ölməsi, qohumları tərəfindən ona xəbər verilmədən dəfn edilməsi və bu səbəbdən onun öldürülməsindən şübhələndiyini bildirməsi barədə ərizəsi əsasında görülmüş tədbirlərlə T. Rəsulovun meyiti eksqumasiya edilib.

Araşdırmalar zamanı onun boğma yolu ilə qətlə yetirilməsi müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 3076