Dənizlə daşımaların həcmi artıb


19:24     22 May 2017 rus-denizcilar.jpg

Cari ilin aprelində "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəmiləri ilə daşınan yüklərin həcmində artım olub.


QSC-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, artım həm maye, həm də quru yüklərdə qeydə alınıb.

Hesabat dövründə 2 189 avtomaşının daşınması isə keçən ilin eyni dövründəki nəticəni 67% üstələməyə imkan verib. Hesabata görə, ötən ay dəniz nəqliyyatı ilə 2 300 vaqon daşınıb. Keçən ilin eyni dövründə həmin rəqəm 2 143 olub. Bu, faizlə ifadədə 7% artım deməkdir. Əlavə edək ki, ümumilikdə vaqonlarla 370 505 ton maye, 73 208,5 ton quru yüklər daşınıb.

Cari ilin aprelində dəniz nəqliyyatı ilə daşınan sərnişinlərin sayında da artım baş verib. Belə ki, ay ərzində 1 551 sərnişin daşınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 120 nəfər çoxdur.

Xatırladaq ki, “Xəzər Dəniz Gəmiçiliyi” QSC daşımalar üçün onlayn sifariş də qəbul edir. Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır. Bu sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından çox əlverişlidir.

Açar sözlər:

Oxunub: 595