İngiltərədə terror: 19 ölü, 59 yaralı (VİDEO)


12:58     23 May 2017 TELEMMGLPICT000129638046-large_trans_NvBQzQNjv4BqpVlberWd9EgFPZtcLiMQfyf2A9a6I9YchsjMeADBa08.jpeg

İngiltərənin Mançester şəhərində, "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib.


Partlayış nəticəsində azı 19 nəfərin öldüyü, 59 nəfərin isə yaralı halda xəstəxanalara yerləşdirildiyi deyilir.

Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir.

Qeyd edək ki, bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.



Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3358