Mançesterdəki terrorda azərbaycanlı ölüb? - Rəsmi açıqlama


14:16     23 May 2017 1441560940_xin.jpg

Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyi Mançester şəhərində baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olmasını yerli orqanlar vasitəsilə araşdırır.


Bu barədə Femida.az-a XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, hər hansı xəbər olduğu təqdirdə əlavə məlumat veriləcəkdir.

Qeyd edək ki, ötən gün İngiltərənin Mançester şəhərində konsert zamanı terror aktı törədilib.Baş verən partlayış nəticəsində 22 nəfər ölüb, 50-ə yaxın insan yaralanıb. Polis hadisəni terror aktı kimi qiymətləndirib. Terror aktının terrorçu kamikadze tərəfindən törədildiyi bildirilir.

Terrror aktı “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı baş verib. Müğənni xəsarət almayıb.

Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2898


Oxşar xəbərlər