1319 sürücü cərimələnib - Sarı zolağa görə


16:13     23 May 2017 sari%20zolaq.JPG

Bakıda İslamiada ilə bağlı salınan xüsusi zolaqlara daxil olduqları üçün inzibati məsuliyyətə cəlb edilən sürücülərin sayı açıqlanıb.


Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Femida.az-a deyib ki, Bakıda keçirilən IV İslam Oyunları ilə bağlı çəkilmiş xüsusi hərəkət zolaqlarına daxil olanların sayı ötən oyunlarla müqayisədə xeyli azalıb: “Mayın 5-dən bu günədək bu zolaqlara daxil olaraq qayda pozan 1319 nəfər inzibati məsuliyyətə cəlb edilib”.

Qeyd edək ki, bu gün saat 12.00-dan etibarən xüsusi zolaqlarla bağlı məhdudiyyət aradan qaldırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 587


Oxşar xəbərlər