Dayısı oğlunu öldürüb körpüdən atdı - 16 il həbs


20:31     23 May 2017 hebs%20omur.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qaçırdığı üçün dayısı oğlunu öldürməkdə təqsirləndirilən Nurlan Quliyevin məhkəməsi başa çatıb.


Femida.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Nurlan Quliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl ötən il sentyabrın 26-da Sabunçu rayonu Pirşağı qəsəbəsində baş verib.

21 yaşlı Nurlan Quliyev dayısı oğlu Mahir Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. Belə ki, M.Quliyev hadisədən bir həftə əvvəl evlənmək məqsədi ilə N.Quliyevin bacısını qaçırıb.

N.Quliyev körpünün üzərində dayısı oğlu ilə əvvəlcə mübahisə edib. Daha sonra o, M.Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə vurub və onu körpünün üzərindən aşağı yamaca doğru atıb. M.Quliyev dünyasını dəyişib.

Femida.az

Açar sözlər:

Oxunub: 584