Viləşçayda batan şəxslərin meyitləri tapılıb - YENİLƏNİB


20:25     28 May 2017 batmaq7.jpg

Masallı rayonu, Viləşçay çayında çimərkən batmış 2002-ci il təvəllüdlü Abbasov Şəmsəddin Qəhrəman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri, digər vətəndaşın cəsədi sakinlər tərəfindən tapılaraq sudan çıxarılıb.


Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, cəsədlər aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 14:52-də başa çatıb.

***

15:03

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Viləşçay çayının Masallı rayonu ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların axtarışlarına başlayıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 1630


Oxşar xəbərlər