Vətəndaşlıqdan çıxma qaydaları dəyişdirilir


19:30     31 May 2017 pasport%20deportasiya.jpg

Azərbaycan vətəndaşlığına qəbul, bərpa və vətəndaşlıqdan çıxma ilə bağlı qaydalara dəyişiklik edilir, dövlət rüsumunun ödənilməsi şərtləri dəyişdirilir.


Femida.az-ın məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 14-cü (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul), 15-ci (Azərbaycan Respublikasının vətəndaşlığına bərpa) və 17-ci (Azərbaycan Respublikasının vətəndaşlığından çıxma) maddələrində dəyişiklik Milli Məclisdə müzakirəyə çıxarılıb.

Təklif edilən dəyişikliyə əsasən hər üç maddədə “Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəyir” sözləri “şəxs tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” qanunla tənzimlənir” sözləri ilə əvəzlənir.

Layihə səsə qoyularaq qəbul olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 9769


Oxşar xəbərlər