Hərbi xidmətə çağırış başladı - SƏRƏNCAM
00:14 01 İyun 2017
Azərbaycan prezidenti İlham Əliyev vətəndaşların 2017-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Femida.az-ın məlumatına görə, 1999-cu ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1982-1998-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2017-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2017-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaq.
Femida.az
Oxunub: 670
Oxşar xəbərlər
- Hərbi təyyarə qəzaya düşdü - Pilotlar xilas oldu
- Hərbi Dəniz Qüvvələrində 2017-ci ilə yekun vurulub
- Hərbiyə 46 milyard dollar xərclənəcək
- Hərbi qeydiyyata düşməyənlər cərimələnəcək - Xəbərdarlıq
- Hərbi prokurorun ŞƏRHİ
- Hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
- Hərbi hissələrdə maarifləndirmə tədbirləri keçirilib
- Hərbi təyyarə qəzaya uğradı
- Hərbi qulluqçular üçün yeni orden təsis edildi
- Hərbi hissədə tədbir keçirilib