İlham Əliyevə təbriklər gəlməkdə davam edir


22:03     01 İyun 2017 ilham_aliyev_main__221216_253.jpg

Bəhreyn kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.


Femida.az -ın məlumatına görə, onun məktubunda deyilir:

“Dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Fürsətdən istifadə edərək, şəxsən Zati-alinizə ən səmimi və xoş arzularımı çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, xalqınıza isə müdrik rəhbərliyiniz ilə davamlı tərəqqi və firavanlıq diləyirəm”.

Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah da İ. Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib: “Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi böyük məmnunluq hissi ilə çatdırıram. Bu fürsətdən istifadə edərək dost ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da inkişaf etməsini arzulayırıq. Zati-alinizə möhkəm cansağlığı və səadət, dost ölkənizə və onun xalqına davamlı tərəqqi və rifah diləyirik. Cənab Prezident, xahiş edirəm yüksək ehtiramımı qəbul edin”.

Femida.az

Açar sözlər:

Oxunub: 1169