Xadimənin pulunu apardılar


19:38     04 İyun 2017 maska_ogru_04802.jpg

Bakıda mənzillərdə təmizlik işləri görən qadına qarşı cinayət törədilib.


Femida.az Lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayon sakini, 1985-ci il təvəllüdlü Ülkər Almazova (ad və soyad şərtidir) polisə müraciət edərək bildirib ki, tanımadığı 2 nəfər onun pulunu oğurlayıb.

Şikayətçinin sözlərinə görə, gecə saatlarında tanımadığı 2 nəfər onu Məhəmməd Hadi küçəsindəki evə gətirib və pul qarşılığında mənzili təmizləməyə başlayıb. O, mənzilin sanitar qovşağında olarkən həmin şəxslər çantasındakı 150 manat pulu götürüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 713