Magistraturaya qəbul planı artırıldı
14:54 06 İyun 2017
2017-2018-ci tədris ili üçün ali məktəblərin magistratura səviyyəsinə qəbul planı artırılıb.
Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ümumilikdə 7709 plan yeri ayrılıb. Bunlardan 5541 yer (71.88%) Azərbaycan bölməsi, 702 yer (9.11%) rus bölməsi, qalan 1466 yer (19.01 %) isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.
Qəbul planı üzrə yerlərin 6535-i dövlət (84.77 %), 1174-ü (15.23%) isə özəl ali təhsil müəssisələrinin payına düşür. Dövlət sifarişi əsasında qəbul aparılan yerlərin sayı 2408-dir.
Qeyd edək ki, 2016-2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə Azərbaycan bölməsi üzrə 5142 (69.85%), rus bölməsi üzrə 825 (11.21 %), birgə müsabiqə əsasında isə 1395 (18.95%) yer olmaqla ümumilikdə 7362 plan yeri ayrılmışdı.
Femida.az
Oxunub: 931
Oxşar xəbərlər
- Magistraturaya keçid balları açıqlanıb
- Magistraturaya boş qalan yerlərin sayı açıqlanıb
- Magistraturaya qəbul olan bakalavrların nəzərinə!
- Magistraturaya daxil olan oğlanların sayı artıb
- Magistraturaya plan yerləri 80.92% dolub
- Magistraturaya plan yerləri açıqlandı
- Magistraturaya ixtisaslaşma seçimi başlayıb
- Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
- Magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək
- Magistraturaya proqram seçimi davam edir