33 dərəcə isti olacaq
16:38 07 İyun 2017
İyunun 8-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
ETSN-dən Femida.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 16-19° isti, gündüz 25-30° isti, Bakıda gecə 17-19° isti, gündüz 23-28° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacağı gözlənilir.
Oxunub: 1080
Oxşar xəbərlər
- 33 əlil yeni mənzillə təmin olunub - FOTO
- 337 nəfərə cinayət işi başlanıb - Azərbaycanda
- 3350 tələbə ali məktəbini dəyişmək istəyir
- 33 yaşlı kişini `tok` vurub öldürdü
- 33 yaşında professor oldu - Azərbaycanda ilk
- 33 ədəd telefon müsadirə edildi
- 33 qızıl medal qazanan Bakı məktəblisi
- 33 İŞİD terrorçusu məhv edilib
- 33 terrorçu məhv edilib
- 33,5 milyon ton neft nəql olundu