Mişar daşı başına düşdü - Ağdaşda bədbəxt hadisə


13:11     08 İyun 2017 xestexana8.jpg

Ağdaş rayonunda 9 yaşlı uşağın xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.


Femida.az report-a istinadə xəbər verir ki, hadisə rayonun Qarağansədi kəndində qeydə alınıb.

Kənd sakini, 2008-ci il təvəllüdlü Müslüm Əhmədiyyə oğlu Cavadov həyətdə oynayarkən ehtiyatsızlıqdan mişar daşı başına düşüb. M.Cavadov dərhal valideynləri tərəfindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır kəllə-beyin travması alan azyaşlının həyatını həkimlərin səyi nəticəsində xilas etmək mümkün olub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1197