3604 ipoteka müqaviləsi qeydiyyata alınıb


22:30     08 İyun 2017 bu-bank-dollardaki-ipoteka-.jpg

2017-ci ilin may ayında ölkədə 17251 əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb. Yerinə yetirilən qeydiyyatın 5111-i ilkin, 12140-i isə təkrar qeydiyyata aid olub.


Femida.az xəbər verir ki, cari ilin may ayında 14988 daşınmaz əmlaka texniki pasport tərtib edilib. Eləcə də, 3604 ipoteka müqaviləsi, 351 yüklülük dövlət qeydiyyatına alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 13386-ya yaxın məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 4735 digər müxtəlif məzmunlu arayışlar verilib. 11107 daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib.

Bundan əlavə, ötən ay mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3253 fərdi yaşayış və bağ evi, 4246 mənzil, 8974 torpaq sahəsi, 671 qeyri-yaşayış binası, 79 əmlak kompleksi, 4 çoxmərtəbəli yaşayış binası, 24 çoxillik əkmə olub. 2016-cı ilin may ayı ilə müqayisədə fərdi evlərin qeydiyyatı 32.18%, torpaq sahələri 8.6%, mənzillərin qeydiyyatı 27.0%, qeyri-yaşayış binalarının qeydiyyatı 53.2%, çoxillik əkmələrin qeydiyyatı isə 4 dəfə artıb.

Ümumilikdə, bu ilin ilk 5 ayında ölkədə 77966 əmlaka aid hüquqlar dövlət qeydiyyatına alınıb. Əmlakın qeydiyyatının 65.7%-i regionların payına düşüb. Fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi, çoxillik əkmələrlə əməliyyatların isə hamısı regionlarda aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 653


Oxşar xəbərlər