Əcnəbilərə torpaq satılmayacaq


22:38     08 İyun 2017 kvirikashvili_748.jpg

“Gürcüstanda vətəndaşlığı olmayan şəxslərə torpaq sahələri satılmayacaq”.


Femida.az -ın məlumatına görə, bunu Gürcüstan baş naziri Georgi Kvirikaşvili bu gün hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, Gürcüstan vətəndaşlığı olmayan şəxslərə torpaq satılmayacaq: “Biz bu barədə qərar qəbul etmişik. Məsələ ilə bağlı hakim partiya ilə məsləhətləşmələr keçirilib”.

Baş nazir qeyd edib ki, Gürcüstanda dövlət və yerli hakimiyyət orqanları, habelə vətəndaşlığı olan şəxslər torpaq ala biləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 688