UEFA-nın baş katibi Bakıya gəlib


22:55     08 İyun 2017 uefa_logo_new_121213_1496926072.jpg

UEFA-nın baş katibi Teodor Teodoridis Bakıda 1 günlük işgüzar səfərdədir.


Femida.az -ın AFFA-ya istinadən verdiyi məlumata görə, səfər çərçivəsində UEFA rəsmisi AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədovun iştirakı ilə keçirilmiş görüşdə Avro-2020-nin Bakıda təşkil olunacaq oyunlarına hazırlıqla bağlı görülən işlər barədə məlumat verilib, bu istiqamətdə ətraflı fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 797


Oxşar xəbərlər