Dünən 92 cinayət törədilib


00:14     09 İyun 2017 cinayet%20tutul%20azadliq%20ogur.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 92 cinayət faktı qeydə alınıb, onların da 27-i “isti izlər”lə açılıb.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 25 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 699