Kərbəladakı terrorda azərbaycanlı ölüb? – XİN araşdırma aparır


19:52     09 İyun 2017 1441560940_xin.jpg

Xəbər verdiyimiz kimi, bu gün İŞİD terrorçu təşkilatı şiələrin müqəddəs şəhəri sayılan Kərbəla şəhərində terror aktı törədib. Nəticədə, azı 20 nəfərin öldüyü, 20-dən çox isə yaralının olduğu deyilir.


Ölən və yaralananların içərisində azərbaycanlıların olub-olmadığını öyrənmək üçün Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ilə əlaqə saxladıq.

XİN-in mətbuat katibi Hikmət Hacıyev Femida.az-a açıqlamasında bildiridi ki, hələlik bu barədə hər hansı bir məlumat yoxdur:

“Azərbaycanın İraqdakı diplomatik nümayəndəliyi vasitəsilə İraq dövlətinin müvafiq qurumları ilə təmaslar çərçivəsində əlavə məlumatın öyrənilməsinə çalışacağıq”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2164


Oxşar xəbərlər