Ədliyyə orqanlarına imtahanın nəticələri açıqlanıb
20:08 10 İyun 2017
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 10-da Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, 3 saat davam edən imtаhаndа nаmizədlərə 100 suаldаn ibаrət sual kitаbçаsı təqdim оlunub: 80 suаl namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini, 20 suаl isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir.
Namizədlərin normal şəraitdə imtahan vermələri üçün bütün zəruri tədbirlər görülüb və imtahan təlimatda nəzərdə tutulmuş qaydada keçirilib.
İmtahanın nəticələri imtahandan bir neçə saat sonra – saat 15:30-dan etibarən DİM-in internet saytında yerləşdirilib.
İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 640 nəfərdən 111 nəfəri imtahana gəlməyib. 55 və dаhа çох bаl tоplаmış 248 namizəd müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılıb.
Femida.az
Oxunub: 2296
Oxşar xəbərlər
- Ədliyyə Nazirliyində yeni rəis təyinatı
- Ədliyyə Akademiyasında icbari təlim kursu başlayıb
- Ədliyyə sahəsində layihələr uğurla həyata keçirilir
- Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
- Ədliyyə işçilərinin peşə bayramıdır
- Ədliyyə işçilərinə xüsusi rütbələr verilib
- Ədliyyə naziri ilə görüşmək istəyənlərin nəzərinə!
- Ədliyyə naziri Saatlıya gedir
- Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib
- Ədliyyə orqanlarında işləmək istəyənlərin nəzərinə!