Bağdadinin ölüm xəbəri yayıldı


15:37     11 İyun 2017 bagdadi.jpg

İŞİD terror təşkilatının lideri Əbubəkir əl-Bağdadinin Rakka şəhərinə hava zərbəsi zamanı öldürüldüyü barədə xəbər yayılıb.


Bu barədə “Daily Mail” nəşri Suriya Dövlət Televiziyasına istinadən məlumat yayıb.

Lakin terrorçuların “Amaq” saytı bunu təsdiqləyən məlumat yaymayıb.

Qeyd edək ki, indiyə qədər KİV-də bir neçə dəfə İŞİD liderinin öldürülməsi barədə xəbər yayılsa da, bu, təsdiqini tapmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 700