Tanınmış şirkət Britaniyanı hədələdi
17:38 11 İyun 2017
"Airbus" təyyarəqayırma şirkəti Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı tələbləri təmin edilməyəcəyi təqdirdə Londonu istehsalat obyektlərini krallıqdan başqa ölkəyə köçürəcəyi ilə hədələyib.
"The Sunday Times"ın yaydığı xəbərə görə, konsernin prezidenti və baş direktoru Fabris Brejye güman edir ki, "Brexit" sövdələşməsinin şərtləri ona məxsus fabrik əməkdaşlarına Britaniya ərazisinə maneəsiz daxil olmaq imkanı verəcək.
"Biz Böyük Britaniyada qalmaq, fəaliyyət göstərmək istəyirik, lakin yalnız şərtlərimiz nəzərə alınacağı təqdirdə", - deyə Brejye bildirib.
Hüquqi olaraq Fransaya məxsus olan, lakin özünü "Avropa" konserni kimi təqdim edən şirkətin baş qərargahı Tuluzada yerləşir.
"Airbus"un Filton və Broton şəhərlərində istehsalı dayandırması 10 mindən çox insanı işsiz qoya bilər. (report)
Femida.az
Oxunub: 696
Oxşar xəbərlər
- Tanınmış iş adamı oğlunu güllələdi
- Tanınmış jurnalist vəfat edib
- Tanınmış hakim vəkillik fəaliyyətinə başlayıb
- Tanınmış şirkət Hacıbala Abutalıbovu məhkəməyə verdi
- Tanınmış şirkət rəhbərinin oğlu polisə hücum çəkdi - VİDEO
- Tanınmış jurnalistdən MÜRACİƏT: `Oğlum xəstədir, kömək edin`
- Tanınmış `qanuni oğru` 3,6 milyon avro ödəyərək azadlığa çıxdı
- Tanınmış həkimin evindən oğurluq edən şəxslər həbs edildi
- Tanınmış aktyorun evi qarət edildi
- Tanınmış alimlə vida mərasimi keçirilib