13,5 milyon dollarlıq məhkəmə işi başladı


00:11     12 İyun 2017 14971755261787434431_1000x669.jpg

Çinin Dalyan şəhər məhkəməsində “Beijing Pangu İnvestment Co. Ltd” şirkətinin maliyyə fırıldağı ilə bağlı proses başlayıb.


Prokurorun iddianaməsinə görə, Quo Venquy adlı şəxsin rəhbərliyi altında yaradılan şirkət saxta sənədlər, o cümlədən tikinti müqavilələri təqdim etməklə “Agricultural Bank of China”dan 3,2 milyard yuan (470 milyon ABŞ dolları) kredit götürərək puldan başqa məqsədlər üçün istifadə ediblər. Bundan başqa, şirkət rəsmiləri qanunsuz yolla 13,5 milyon dollar pul almaqda təqsirli bilinir.

“China daily” qəzeti yazır ki, Quo Venquya cinayət əməllərini həyata keçirməyə rüşvətxor məmurlar, o cümlədən dövlət təhlükəsizlik nazirinin keçmiş müavini Ma Cien, Xebey vilayəti partiya katibi Can Yüe və Çin Sığorta Tənzimlənməsi Komissiyasının sabiq sədri Sian Cunbo kömək ediblər. O, rüşvətxor məmurların dəstəyi sayəsində “hədsiz bacarıqlı” iş adamı imici formalaşdıra bilmişdi.

Şirkətin sahibi Quo Venquyun və onun oğlu Quo Çianın ABŞ-da olduğu güman edilir. Onlar İnterpol vasitəsilə axtarışa verilib. Şirkətin digər 2 rəsmisi – baş direktorun və maliyyə direktorunun müavinləri, habelə “China Minzu Securities” qiymətli kağızlar şirkətinin baş maliyyəçisi məhkəməyə çıxarılıb.

İctimai maraq nəzərə alınaraq məhkəmə prosesi ictimaiyyətin nümayəndələri, habelə hüquqşünaslar, yerli və xarici jurnalistlər üçün açıq keçirilir.

Açar sözlər:

Oxunub: 776


Oxşar xəbərlər