Qətərlilərə həccə getmək qadağan edildi?


00:28     12 İyun 2017 hecc.jpg

Səudiyyə Ərəbistanında yaşayan Qətər vətəndaşlarının “Məscidül-Haram” kimi müqəddəs məkanlara girişinə qadağa qoyulduğu iddia edilir.


Femida.az xəbər verir ki, bu barədə Qətərin “Əl Şərq” qəzeti məlumat yayıb.

Qətər Beynəlxalq İnsan Hüquqları Komissiyası da onlara bu barədə şikayətlər gəldiyini açıqlayıb.

Məsələ ilə bağlı hələlik rəsmi mövqe bildirilməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Qətəri terrorizmə dəstək verməkdə ittiham edərək bütün əlaqələrini kəsib.

Açar sözlər:

Oxunub: 685


Oxşar xəbərlər