Sərhədçilər Fəxri Xiyabanda


15:43     18 Avqust 2015 get_img5.jpg

Dövlət Sərhəd Xidmətinin əməkdaşları peşə bayramı münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər.


Femida.az-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi sərhədçilər ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər qoyulub.

Daha sonra Şəhidlər xiyabanını ziyarət edən sərhədçilər, həmçinin Qarabağ müharibəsində şəhid olmuş Sərhəd Qoşunlarının döyüşçüsü, Milli Qəhrəman Məmmədov Eldar Harun oğlunun məzarının önünə gül dəstəsi qoyublar.

Qeyd edək ki, bu gün Azərbaycan sərhəd mühafizəsinin yaranmasının 96-cı ildönümüdür.

Açar sözlər:

Oxunub: 1001