“Səudiyyə İrandakı terrorçulara yardım edir” - İran


22:41     13 İyun 2017 13854545_42_iran-sefirliyi.jpg

İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif Səudiyyə Ərəbistanını İranın şərqində yerləşən terrorçulara dəstək verməkdə ittiham edib.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Zərif Osloda keçirilən mətbuat konfransında çıxışında deyib:

“Bizim əlimizdə olan kəşfiyyat məlumatlarına əsasən, Səudiyyə Ərəbistanı İranın şərq hissəsində, Bəlucistanda aktiv şəkildə terror qruplaşmalarına yardım edir”.

Xatırladaq ki, iyunun 7-də 4 nəfərdən ibarət terror qrupu qadın paltarında İran parlamentinin binasına atəş açmışdı. Daha sonra onlardan biri intihar etmişdi.

Qeyd edək ki, Ər-Riyadla Tehran arasında ötən ilin dekabrından diplomatik əlaqələr kəsilib.

Açar sözlər:

Oxunub: 1040