Nasosxananı ildırım vurdu - Badamdar susuz qaldı


00:58     14 İyun 2017 ildirim-shimshek-ildirim-simsek-ildirim-shimshek.jpg

Badamdar qəsəbəsini içməli su ilə təmin edən nasosxananın elektrik təchizatı sistemini ildırım vurub.


Bu barədə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Qurum rəsmisinun sözlərinə görə, bununla əlaqədar qəsəbənin içməli su təchizatında 14 iyun saat 15-ə qədər fasilə olacaq.

"Azərsu" ASC-nin mütəxəssisləri hazırda hadisə yerində qəzanın nəticələrini aradan qaldırırlar.

Femida.az

Açar sözlər:

Oxunub: 1939


Oxşar xəbərlər