260 manata görə adam öldürdü - 18 il həbs


15:40     14 İyun 2017 hebs%20omur25.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq yolu ilə qətl törətməkdə təqsirləndirilən Rövşən Xalıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, ötən il iyunun 28-də Qaradağda Viktor Lituxinin meyiti mənzilində tapılıb. Onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R. Xalıqovun tamah məqsədilə qətlə yetirilməsi müəyyən edilib. Hadisəsini törətdikdən sonra onun evdən 260 manat pul apardığı məlum olub.

Xatırladaq ki, R. Xalıqov 2015-ci ildə oğurluqda təqsirli bilinərək, həbs edilib. Məhkəmənin hökmü ilə o, 2 min manat məbləğində cərimələnib.

Femida.az

Açar sözlər:

Oxunub: 921